Macarıstanlı IT-mütəxəssisləri mühacirət etməyə hazırdırlar
Budapeşt, 26 iyul, AZƏRTAC
Kompüter texnologiyaları sahəsində macarıstanlı mütəxəssislərin təxminən 43 faizi bildirib ki, əgər onlara daha yaxşı iş təklif edilərsə, bu ölkəni tərk etməyə hazırdırlar. IT sahəsində macar ekspertləri üçün ən populyar istiqamətlər Avstriya, ABŞ və Almaniya, həmçinin ən yaxşı şəhərlərin ilk beşliyinə daxil olan Berlin və Münxendəki startap-hablardır.
AZƏRTAC xəbər verir ki, bu faktlar, Macarıstan Əmək Resursları Nazirliyinin sifarişi əsasında aparılmış sosioloji tədqiqat nəticəsində məlum olub. Bu göstərici başqa peşələr arasında orta göstəricidən yuxarıdır.
Tədqiqatın müəllifləri hesab edirlər ki, rəqəmsal texnologiyalar sahəsində ekspertlərin həm ölkə səviyyəsində, həm də korporativ səviyyədə saxlanması get-gedə çətin olur, çünki onlar xaricə daha asanlıqla çıxır, qısa vaxt ərzində bir yerdə işləyir və tezliklə yeni iş tapırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]