Mahmud Qurbanov “Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyin olunub
Bakı, 12 iyun, AZƏRTAC
“Neftçi” futbol klubunun əvəzedici komandasına baş məşqçi təyinatı olub. Bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.
AZƏRTAC xəbər verir ki, 1996-1997-ci, 2004-2005-ci illərdə “Neftçi”də çıxış edən M.Qurbanov “Kəpəz”, "Şəmkir”, “Fulad” (İran), "Tavriya” (Ukrayna), “Xəzər-Lənkəran”, “İnter” və "Bakı” klublarında da oynayıb.
“Professor” ləqəbli futbolçu rekord sayda - 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxan M.Qurbanov 1 qol vurub.
Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [16:40]
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb
- 18.06.2026 [16:38]
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]
Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib
- 18.06.2026 [15:37]