MAKDERMOTT ŞİRKƏTİNİN TƏCHİZATÇILARININ YARIDAN ÇOXU YERLİ MÜƏSSİSƏLƏRDİR
MakDermott Kaspian Kontraktorz, İnk. (MKKİ) şirkətinin Xəzər əməliyyatları üzrə vitse-prezidenti və baş meneceri Dən Hauzer AZƏRTAC-a bildirmişdir ki, dəniz platformalarının tikintisi və boru kəmərlərinin çəkilişi üzrə bütün işlər əvvəlcədən nəzərdə tutulan cədvəl üzrə davam edir. İndiyədək qazandığımız uğurlarda sayı 140-dan çox olan əsas təchizatçıların köməyi əvəzsizdir. MKKİ-nin Azərbaycandakı təchizatçılarının və subpodratçılarının yarıdan çoxunu yerli müəssisələr təşkil edir ki, buraya dövlət müəssisələri, fərdi, kiçik və orta müəssisələr, birgə müəssisələr daxildir. Bütün mümkün olan hallarda yerli subpodratçıların və təchizatçıların xidmətindən istifadə edilir, layihə çərçivəsində alınan bütün materialların və göstərilən xidmətlərin 70 faizdən çoxu azərbaycanlı təchizatçıların və podratçıların payına düşür. Ötən ilin 4 ən yaxşı təchizatçısı içərisində Azərbaycan şirkətləri də vardır. Yerli şirkətlərlə uzunmüddətli və davamlı əməkdaşlığı inkişaf etdirməklə, MKKİ azərbaycanlıları işlə təmin etmək, yerli işgüzar dairələri dəstəkləmək və ölkənin sosial-iqtisadi inkişafına yardım göstərmək öhdəliyini uğurla yerinə yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]