RƏSMİ XRONİKA
Malayziyanın Baş naziri Dato Sri Mohd Najibdən
Zati-aliləri,
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Malayziya hökuməti və xalqı adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda hər zaman sülh, tərəqqi və çiçəklənmə olacaqdır. Xalqlarımızın və ölkələrimizin mənafeyi naminə ikitərəfli əlaqələrimizin daha da güclənəcəyinə ümid edirəm.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Dato Sri Mohd Najib
Malayziyanın Baş naziri