DÜNYA
Mali və Niger Ukrayna ilə diplomatik münasibətləri kəsib
Paris, 7 avqust, AZƏRTAC
Ukrayna Xarici İşlər Nazirliyi Malinin Kiyevlə diplomatik münasibətləri kəsməsinə reaksiya verərək, bunu tələsik qərar adlandırıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Mali hökumətinin qeyri-dost hərəkətlərinə cavab olaraq diplomatik tədbirlərlə bağlı bütün lazımi siyasi addımları atmaq hüququnu özündə saxladığını bəyan edib.
“Ukrayna beynəlxalq hüququn normalarına, digər ölkələrin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığına qeyd-şərtsiz riayət edir və Malinin keçid hökumətinin “Ukraynanın beynəlxalq terrorizmə dəstək” ittihamlarını qətiyyətlə rədd edir”, - deyə Ukrayna tərəfinin bəyanatında bildirilir. Qeyd olunur ki, XX əsrdə Ukrayna Mali də daxil olmaqla, Afrika xalqlarının müstəqillik və dekolonizasiya hüququnu fəal şəkildə dəstəkləyib.
Mali hökuməti isə Ukrayna ilə diplomatik münasibətlərin dayandırılması ilə bağlı qərarını iyulun 25-27-də Əlcəzair sərhədi yaxınlığında, Kidal bölgəsində Mali Silahlı Qüvvələri (FAMA) ilə Azawad Xalqının Müdafiəsi üzrə Strateji Çərçivənin (CSP-DPA) üsyançıları arasında baş verən gərgin döyüşlər zamanı Kiyevin Bamakonun səciyyəvi təcavüzdə tanıması və ehtimal olunan iştirak ittihamı ilə əsaslandırıb.
Diqqətə çatdırılıb ki, Ukraynanın Seneqaldakı səfirliyinin feysbuk səhifəsində paylaşılan videoda Ukrayna kəşfiyyatının sözçüsü Andriy Yusovun “CSP Tuareg” üsyançılarına Mali Silahlı Qüvvələri ilə toqquşmalardan əvvəl məlumat verməsi ilə öyündüyü əks olunub. Səfir Yuri Pyvovarov isə eyni videoda üsyançıların aksiyasını dəstəklədiyini bildirib.
Bu videodan sonra Ukrayna səfiri Seneqal Xarici İşlər Nazirliyinə çağırılıb və ona prosesə müdaxilə etməmək öhdəliklərini xatırladıb. Bundan sonra mübahisəli video sosial şəbəkələrdən silinib.
Malidən sonra Niger də Ukrayna ilə diplomatik münasibətləri dayandırıb.