İDMAN
Marşal Mərkəzində Bakı şəhər halqasının mini treki hazırlanıb VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Formula-1 Azərbaycan Qran-prisinin marşalları üçün yeni Marşal Mərkəzi inşa olunub. Matın 1-dən təlimlərə başlayacaq marşallar hazırlıq prosesini məhz bu mərkəzdə keçəcəklər.
Bu sözləri Bakı Marşal Klubunun layihələr və kommunikasiya üzrə əlaqələndiricisi Vüsal Bəkirov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
V.Bəkirov deyib: “Yeni yaradılan Marşal Mərkəzində təlim otaqları ilə yanaşı, Bakı şəhər halqasının (BŞH) mini treki də hazırlanıb. BŞH-nin mini trekinin uzunluğu 264 metrdir. Marşallar nəzəriyyədə öyrəndikləri bilikləri burada real trek modelində sınaqdan keçirəcəklər. Müxtəlif sahələrin marşalları mini trekdə bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Yaxın günlərdə yeni mərkəzin yeri, eləcə də digər məlumatlar ictimaiyyətə açıqlanacaq.