Martın 10-da Xəzər dənizində iki zəlzələ baş vermişdir
Bakı, 11 mart AZƏRTAC). Martın 10-da Xəzər dənizində iki zəlzələ baş vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ilk zəlzələ yerli vaxtla saat 09:29-da Xəzər dənizində, Qobudan 209 kilometr şərqdə qeydə alınmışdır. Yeraltı təkanın maqnitudası 3.60, dərinliyi 68 kilometr olmuşdur. Zəlzələ hiss edilməmişdir.
İkinci zəlzələ isə yerli vaxtla saat 14:41-də Xəzər dənizində, Qaladan 121 kilometr şərqdə baş vermişdir. Yeraltı təkanın maqnitudası 4.20, dərinliyi 49 kilometr olmuşdur. Zəlzələ hiss olunmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]