Martın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 1-3° isti, günün birinci yarısında 5-7°, axşam 2°-dək isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 5-7°, axşam 2°-dək isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava yağıntılı olacaq, sulu qar, qar yağacağı gözlənilir
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən,
Gədəbəy rayonlarında
hava yağıntılı olacaq, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
hava yağıntılı olacaq, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında
hava yağıntılı olacaq, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava yağıntılı olacaq, axşam sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 15-dən 18-dək şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 4-6° aşağı enəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.