Martın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 0°-yə yaxın, gündüz 1-4° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı gözlənilir, axşam tədricən kəsiləcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir.
Temperatur gecə 4-9° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 0-4° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax,Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0°-yə yaxın, gündüz 1-4° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaqdır.