Martın 19-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin buludlu, arabir yağıntılı keçəcəyi,
günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14°, bəzi yerlərdə 16°-dək isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər zəif duman.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər duman. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər zəif duman. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər və axşam duman.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər zəif duman.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.