Martın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış
yağacağı, havanın temperaturunun günün birinci yarısında 12-15°
isti təşkil edəcəyi gözlənilir.
Axşama doğru temperaturun 4-6° aşağı enəcəyi gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Yağış, sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5°, bəzi yerlərdə 2°-dək şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında
Arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Dağlarda duman.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 29-da günün ikinci yarısından 30-u axşamadək güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 31-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.