Martın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu olacağı, 29-dan 30-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti,
Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 750
mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 90-95 faiz, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Gündüz əsasən yağmursuz.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5°, bəzi yerlərdə 10°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.