Masallı cüdoçusu Oğuzda keçirilən “Regionların kuboku” açıq birinciliyində bürünc medal qazanıb
Masallı, 2 aprel, Bağır Əliyev, AZƏRTAC
Oğuz Olimpiya İdman Kompleksində 2005-2007-ci il təvəllüdlü oğlanlar arasında keçirilən cüdo üzrə “Regionların kuboku” açıq birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə ölkəmizi, həmçinin Gürcüstan və İranı təmsil edən 37 komandanın 350-dən çox idmançısı on bir çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
İki gün davam edən yarışda Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin yetirmələri 6 nəfərlik heyətlə təmsil olunub.
Açıq birincilikdə Masallı idmançısı Elman Abışov 66 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]
Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO
- 11.06.2026 [17:57]