Masallıda 10 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Subartezian quyuları hərəsində bir ədəd olmaqla, aşağıdakı yaşayış məntəqələrində qazılacaq: Ərkivan qəsəbəsi, Babaser, Bala Təklə, Əhmədli, Köhnə Alvadı, Qodman, Öncəqala, Sərçuvar, Şərəfə və Tüklə kəndləri.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]