Masallıda əhalinin vaksinasiya ilə bağlı maarifləndirmə aksiyası keçirilib
Masallı, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 18-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhəri ərazisində COVID-19 pandemiyasının qarşısının alınması üçün aparılan vaksinasiya ilə bağlı maarifləndirmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı yaşı 50-dən yuxarı olan vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, onlara bu işdə məsuliyyətli davranmaları və peyvənd olunmaları tövsiyə edilib.
Aksiya zamanı, həmçinin yaşı 50-dən yuxarı olan vətəndaşlara maarifləndirici bukletlər paylanılıb.