Masallıda oğlanlar və qızlar arasında şahmat yarışı üzrə onlayn açıq rayon birinciliyi keçirilib
Masallı, 22 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı rayon Gənclər və İdman İdarəsi, rayon Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə Masallının 2020-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq oğlanlar və qızlar arasında şahmat üzrə onlayn açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən açıq rayon birinciliyinin yekun nəticələrinə əsasən oğlanlar arasında Mircavad Bəşirov birinci, Mirseyidəli Talıbzadə ikinci, Dadaş Dadaşov üçüncü yerə layiq görülüblər.
Qızlar arasında isə Lalə Ağacanova, Zeynəb Quliyeva və Səma Sadıqzadə fərqləniblər.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi karantin rejimi başa çatdıqdan sonra diplomlarla mükafatlandırılacaqlar.