MASALLIDA OLİMPİYA BAYRAMI
Azərbaycan Gimnastika Federasiyası Masallı Olimpiya-İdman Kompleksi ilə birlikdə Masallıda idman bayramı təşkil etmişdir. Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qrup komandamız Pekin Olimpiadasına səfər ərəfəsində sonuncu toplantı keçirmişdir. Məşqlərə təxminən 350 nəfər tamaşa etmişdir.
Komandanın məşqçiləri Mariana Vasilyeva və Natalya Nərimanova çalışmışlar ki, məşqlərin günü və saatı komandamızın Olimpiadada xalça üzərinə çıxacağı vaxtla tam üst-üstə düşsün.
Masallı sakinləri qrup komandamızın, o cümlədən yığmamızın üzvü Leyla Şamilovanın nümunəvi çıxışının ilk izləyiciləri olmuşlar. Əllərində Azərbaycan bayrağını yelləyən, ucadan “Azərbaycan, Azərbaycan!” deyən və gimnastlarımızı hərarətli alqışlarla qarşılayan tamaşaçılar salonda əsl Olimpiya əhval-ruhiyyəsi yaratmışdılar.
M.Vasilyeva demişdir: “Biz yoxlama məşqlərini bilərəkdən göstərilən vaxta saldıq ki, qızlar yarışlara maksimum hazır olsunlar”.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çox gözəl çıxışlara görə gimnastlara və məşqçilərə təşəkkürünü bildirmiş, onlara Olimpiya Oyunlarında uğurlar arzulamışdır. O, əmin olduğunu bildirmişdir ki, gimnastlarımızın bu çıxışları Azərbaycanın cənub bölgəsində bədii gimnastikanın təbliğinə kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]