RƏSMİ XRONİKA
Masallıda Ulu Öndərin abidəsini ziyarət VİDEO
Bakı, 4 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yardımlıya səfərini başa çatdıraraq Masallı rayonuna gəlmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Ümummilli Liderin adını daşıyan park yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.