Mayın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır. Səhər zəif duman olacaqdır.
Temperatur gecə 11-15° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 9-14° isti, gündüz 23-28° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaqdır. Duman olacağı ehtimalı vardır.
Temperatur gecə 3-8° isti, gündüz 15-20° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, zəif duman olacağı ehtimalı vardır.
Temperatur gecə 10-14° isti, gündüz 20-25° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı vardır.
Temperatur gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-6° isti, gündüz 14-18° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 11-16° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.