Mayın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Temperaturun gecə 8-13° isti, gündüz 20-25° isti,
Bakıda gecə 11-13° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 22-27°, bəzi yerlərdə 32°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz olacağı gözlənilir, temperatur gecə 9-14° isti, gündüz 24-29° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən havanın yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti,
dağlarda gecə 6-11° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən hava yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29°, bəzi yerlərdə 32°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz, səhər dağlarda duman olacağı gözlənilir. Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti,
dağlarda gecə 6-11° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 18-210-a yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcəkdir. Belə hava şəraiti əksər aran rayonlarında payızlıq dənli bitkilərin sünbülləməsi, meyvə ağaclarında meyvələrin böyüməsi, bostan və tərəvəz bitkilərinin əkilməsi, çox illik otların inkişafı üçün əlverişli olacaqdır.