Mayın 20-dən etibarən Türkiyədə səhiyyə turizmi fəaliyyətə başlayacaq
İstanbul, 16 may, AZƏRTAC
Mayın 20-dən etibarən səhiyyə turizmi çərçivəsində Azərbaycan da daxil olmaqla dünyanın 29 ölkəsindən Türkiyəyə xəstələrin gətirilməsinə başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, gətirilən xəstələrin yanında ən çox iki nəfərin ölkəyə girməsinə icazə veriləcək. Bu şəxslər hava yolu ilə İstanbulun yeni hava limanı və Ankaranın Esenboğa aeroportunda, avtomobil yolu ilə isə “Kapıkule” və “Sarp” sərhəd keçid məntəqələrindən qəbul ediləcəklər. Onlar COVID-19 testindən keçiriləcəklər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]