Mayın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 9-14° isti, gündüz 19-24°, bəzi yerlərdə 27°-dək isti, Bakıda gecə 12-14° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 9-14° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-15° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 10-14° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında mayın 5-dək gözlənilən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.