Mayın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi
gözlənilir.
Temperaturun gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə
29°-dək isti, Bakıda gecə 13-15° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi
rütubət gecə 80-90, gündüz 45-55 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 9-14° isti, gündüz 25-30°, bəzi yerlərdə 32°-
dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 8-13° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-
dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-15° isti, gündüz 26-31° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə
5-9° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° isti, gündüz 25-30°, bəzi yerlərdə
32°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 10-14° isti, gündüz 25-30° isti, dağlarda
gecə 5-10° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Mayın 3-dən 5-dək rayonlarda isti və əsasən yağıntısız, bəzi
rayonlarda isə səhər saatlarında dumanlı hava şəraiti ehtimal edilir. Bu
da kənd təsərrüfatı bitkilərinin inkişafı və böyüməsi, səpin və
aqrotexniki işlərin aparılması üçün əlverişli olacaqdır. Qışlaqlarda
səhər saatlarında ehtimal edilən dumanlı hava mal-qaranın
otarılmasını bir qədər çətinləşdirə bilər.