Mayın 9-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° , gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 11-13° , gündüz 18-20° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq şərq küləyi əsəcəkdir.
Temperatur gecə 8-13°, gündüz 20-25° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 2-7° , gündüz 12-17° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaqdır.
Şərq küləyi əsəcəkdir.
Temperatur gecə 8-13°, gündüz 17-22° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Şərq küləyi əsəcəkdir.
Temperatur gecə 8-13° , gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacaq.
Səhər əsasən yağmursuz olacaqdır. Səhər saatlarında duman olacaqdır.
Temperatur gecə 9-14°, gündüz 18-23° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 10-14° isti, gündüz 18-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 14-17° isti təşkil edəcəkdir.