Maykl Oram: Yaşıl enerji müasir şəhərlərin inkişafında mühüm amillərdən biridir
Bakı, 19 may, AZƏRTAC
Yaşıl enerji müasir şəhərlərin inkişafında mühüm amillərdən biridir. Xüsusilə də bugünkü dövrdə ekoloji davamlılığın təmin olunmasında yaşıl enerjidən istifadə böyük rol oynayır. Belə ki, bu, karbon emissiyalarının azalmasına səbəb olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kanadanın İpoteka və Mənzil Korporasiyasının Mənzil Bazarları Siyasəti üzrə Baş menecer Maykl Oram deyib.
O diqqətə çatdırıb ki, urbanizasiyanın sürətlə yayıldığı indiki dövrdə yaşıl və təmiz enerjiyə keçid iqlim dəyişmələrinin təsirlərinin azalmasına kömək edə bilər.
Müxbir - Fidan Əlizadə
Videooperator - Mir Rəsul Cəfərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [14:43]
İspaniyalı nümayəndə: WUF13 çox əhəmiyyətlidir
- 19.05.2026 [14:42]