İqor Sergeyenko: WUF13 yüksək səviyyədə təşkil edilib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yüksək səviyyədə və uğurla təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belarusun Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin prioritet olduğunu vurğulayan İqor Sergeyenko qeyd edib: “Bu gün Azərbaycanla Belarus arasında münasibətlər qarşılıqlı etimad və səmimi tərəfdaşlıq prinsipləri üzərində qurulub”.