Bouinzal Nohaila: Müstəmləkəçilik dövründə şəhərlərin ən yaxşı əraziləri elitaların nəzarətində olub
Bakı, 19 may, AZƏRTAC
Müstəmləkəçilik dövründə formalaşmış sosial və şəhərsalma bərabərsizliyi bu gün də bir çox ölkələrdə, o cümlədən Mərakeşdə yaşayış şəraitinə təsir göstərməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Nobu Consulting” şirkətinin təsisçisi və hüquq məsləhətçisi Bouinzal Nohaila Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, müstəmləkəçilik dövründə şəhərlərin ən yaxşı əraziləri əsasən müstəmləkəçi elitaların nəzarətində olub.
“Həmin dövrdə kolonial idarəçilər şəhərlərin ən yaxşı hissələrində yaşayış məntəqələri, biznes obyektləri və investisiya layihələri qururdular. Yerli əhali isə zəif infrastruktur və məhdud xidmətlərlə təmin olunan kənar məhəllələrdə yaşamağa məcbur edilirdi. Müstəqillik əldə edildikdən sonra belə bu bərabərsizliklər tam aradan qalxmayıb.
Fotoqraf - İlkin Cavanşirov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [13:51]
İtaliyalı professor: Qadınlar şəhərlərin gələcəyi üçün böyük ümid mənbəyidir
- 19.05.2026 [13:39]