Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıblar
Bakı, 19 may, AZƏRTAC
İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2026) yekun nəticələrini açıqlayıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 67 ölkədən 242 nəfər məktəblinin iştirak etdiyi olimpiadada qızlarımız uğurla çıxış edərək 2 bürünc medal qazanıblar. Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli olimpiadada fərqləniblər.
Qeyd edək ki, Avropa Qızlar İnformatika Olimpiadası 2021-ci ildən etibarən keçirilir və məktəblilərimiz bu günə kimi bu olimpiadada 1 qızıl, 2 gümüş, 7 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:02]
“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində
- 05.10.2026 [14:00]
Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub
- 05.10.2026 [13:55]
Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri
- 05.10.2026 [13:42]
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
- 05.10.2026 [13:02]
Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur
- 05.10.2026 [13:00]
Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova
- 05.10.2026 [12:51]