Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb
Bakı, 19 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı Ahmet Metin Genç imzalayıblar.
Qeyd edək ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlaşıb. Bugünkü anlaşma memorandumu ilə bu say 10-a çatıb.
Müxbirlər-Vüqar Qurbanoğlu, Vüsalə Səfərova, Aytən Abbaslı,
Operator-Vüsal Tağıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [14:09]
WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub
- 19.05.2026 [14:00]