Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13: Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsinin dünya üçün əhəmiyyəti

WUF13: Azərbaycanın postmünaqişə dövründə bərpa təcrübəsinin dünya üçün əhəmiyyəti

Şahin Bayramov: Qarabağ Universiteti dayanıqlı şəhərsalma və dirçəliş strategiyasının mühüm tərkib hissəsidir

Bakı, 19 may, AZƏRTAC

Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin beynəlxalq nüfuzunun və qlobal çağırışların həllində artan rolunun növbəti mühüm təsdiqidir. COP29-dan sonra dünyanın ən böyük beynəlxalq platformalarından birinə ev sahibliyi etməyimiz Azərbaycanın artan qüdrətinin və ölkəmizə göstərilən beynəlxalq etimadın bariz nümunəsidir. Bu cür qlobal platformaların məhz Azərbaycanda keçirilməsi ölkəmizin təhlükəsiz, sabit, innovativ və əməkdaşlığa açıq tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib. O bildirib ki, əsas mövzusu “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” olan WUF13 müasir dövrün ən aktual çağırışlarını əhatə edir: “Azərbaycan isə bu istiqamətdə yalnız konseptual deyil, praktik və real təcrübə ortaya qoyan ölkələrdən biridir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sistemli və sürətli quruculuq prosesi faktiki olaraq yeni bir inkişaf modeli formalaşdırır. İnsanəsaslı şəhərsalma, ağıllı texnologiyalarla idarə olunan yaşayış məkanları, yaşıl enerji yanaşması, dayanıqlı inkişaf prinsipləri, təhlükəsiz və sağlam insan məskənlərinin qurulması bu modelin əsas elementlərini təşkil edir. Müasir nəqliyyat infrastrukturu, keyfiyyətli səhiyyə xidmətləri, müasir təhsil mühiti, hərtərəfli mədəni inkişaf ekosistemi, sürətlə genişlənən məşğulluq imkanları və əlverişli investisiya iqlimi bərpa olunan Qarabağın əsas inkişaf göstəriciləridir. Bu baxımdan postmünaqişə dövründə həyatın bərpası və davamlı məskunlaşmanın təmin olunması istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr beynəlxalq miqyasda xüsusi maraq doğurur. Qarabağ artıq yalnız yenidən qurulan region deyil, həm də gələcəyin dayanıqlı şəhərsalma və insan məskunlaşması modelinin formalaşdığı unikal məkandır. Milli, regional və beynəlxalq tədbirlərə ev sahibliyi edən yeni yaşayış məkanlarının yaranması, turizm potensialının inkişafı və müasir urbanizasiya yanaşmalarının tətbiqi sözügedən modelin mühüm komponentləridir”.

Şahin Bayramov Qarabağ Universitetinin bu böyük missiyanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb: “Universitetimiz elm, təhsil və innovasiya ekosisteminin inkişafı vasitəsilə işğaldan azad olunmuş ərazilərin davamlı tərəqqisinə töhfə verməyi prioritetlərindən biri hesab edir. Bu gün Qarabağ Universitetində 50-yə yaxın ixtisas üzrə müasir məzmunlu ali təhsilli kadr hazırlığı həyata keçirilir. İnanırıq ki, burada hazırlanacaq gələcəyin müəllimləri, həkimləri, hüquqşünasları, iqtisadçıları, mühəndisləri, incəsənət və turizm mütəxəssisləri və digər peşə sahibləri Qarabağın dayanıqlı inkişafında, təhlükəsiz və cəlbedici yaşayış məkanına çevrilməsində mühüm rol oynayacaqlar. Təbii ki, universitetimizin fəaliyyət istiqamətləri yalnız kadr hazırlığı və tədris prosesi ilə məhdudlaşmır. Belə ki, Qarabağ Universiteti dayanıqlı inkişaf üçün elmi əsasların yaradılmasına xidmət edən tədqiqatların aparılmasını, müvafiq innovativ həllərin hazırlanmasını, yaşıl inkişaf, rəqəmsal transformasiya və süni intellekt fokuslu innovasiya mərkəzinə çevrilməyi hədəfləyir. Güclü dövlət dəstəyi, yüksəkixtisaslı akademik heyətin qlobal vizyonu, yenilikçi tələbə gənclərin enerjisi, çevik universitet-sənaye əməkdaşlığı və yerli icma ilə fəal ünsiyyət qeyd olunan hədəflərə çatmaq üçün mühüm baza formalaşdırır. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində hazırda Qarabağ Universitetinin müasir kampusu sürətlə formalaşır. Akademik, inzibati və tədqiqat infrastrukturu Qarabağda həyata keçirilən şəhərsalma strategiyasının ilkin və uğurlu nəticələrindən biri kimi meydana çıxır və artıq Xankəndi şəhərinin ümumi memarlıq simasında özünəməxsus yer tutur. İnşaat mühəndisliyi ixtisası üzrə həyata keçirilən kadr hazırlığı isə yaxın perspektivdə müasir mühəndis kadrların bu quruculuq prosesinə əhəmiyyətli töhfə verməsinə zəmin yaradır”.

Rektor universitetin incəsənət profilli ixtisaslarında təhsil alan tələbələr və onların müəllimlərinin son iki ildə Qarabağda mədəni ekosistemin inkişafına mühüm töhfələr verdiklərini qeyd edib: “Müntəzəm keçirilən konsert proqramları və mədəni tədbirlər bölgəyə qayıdan sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Xüsusilə “Xarıbülbül” beynəlxalq musiqi festivalında iştirak Qarabağda mədəni həyatın yenidən canlanmasının simvolik göstəricilərindən biridir. Qarabağ Universiteti Klinikası, Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması həm tibbi kadr hazırlığına, həm müasir tədqiqatların aparılmasına, həm də keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinə imkan yaradır. Sağlam həyat mühiti və yüksək insan rifahı dayanıqlı məskunlaşmanın əsas şərtlərindən biri kimi fəaliyyətimizin mərkəzində dayanır. Qısa müddət ərzində 2200-ə yaxın tələbənin və 400-dən artıq peşəkar mütəxəssisin Xankəndi şəhərinə gəlməsi Qarabağ Universitetinin regionda həyatın bərpası prosesində oynadığı rolu açıq şəkildə nümayiş etdirir. Bu baxımdan Qarabağ Universiteti Azərbaycan Prezidentinin müəllifi olduğu Qarabağın dirçəlişi strategiyasının, işğaldan azad olunmuş torpaqlarda həyatın bərpası və davamlı məskunlaşmanın təmin olunması siyasətinin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilə bilər. Qürurvericidir ki, Qarabağ Universiteti WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində öz pavilyonu ilə iştirak edir. Bunu Qarabağ Universitetinin beynəlxalq arenada tanıtımı baxımından böyük imkan və əlverişli fürsət hesab edirik.

Qeyd olunanlar WUF13-ü Azərbaycanın dayanıqlı şəhərsalma və insan əsaslı məskunlaşma, eləcə də postmünaqişə məkanlarının bərpası və inkişafı sahəsindəki unikal təcrübəsinin beynəlxalq ictimaiyyətlə paylaşılması üçün mühüm platforma kimi dəyərləndirməyimizə əsas verir. İnanırıq ki, Bakının ev sahibliyi etdiyi bu Forum ölkəmizin qlobal şəhərsalma gündəliyində rolunu daha da gücləndirəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb