“Nobu Consulting” şirkətinin təsisçisi: Şəhərsalma sosial ədalət prinsipinə əsaslanmalıdır
Bakı, 19 may, AZƏRTAC
Kasablanka kimi şəhərlərdə mənzil bərabərsizliyi uzun illər ciddi problem olaraq qalıb. Bəzi ərazilər yoxsulluq, iri gecəqondu massivləri və ağır yaşayış şəraiti ilə tanınıb.
AZƏRTAC xəbər verir ki, bunu Mərakeşin “Nobu Consulting” şirkətinin təsisçisi və hüquq məsləhətçisi Bouinzal Nohaila Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Mərakeş Hökumətinin son illərdə gecəqonduların azaldılması və yeni yaşayış komplekslərinin tikilməsi istiqamətində mühüm addımlar atdığını diqqətə çatdıran hüquq məsləhətçisi əlavə edib: “Bu layihələr bir çox ailələrin daha yaxşı və ləyaqətli həyat şəraitinə çıxışını təmin edib. Lakin görülən işlər kifayət deyil. Məhəllələr arasındakı bərabərsizliyin azaldılması, əlçatan mənzil təminatı və təhlükəsiz yaşayış şəraitinin yaradılması istiqamətində əlavə tədbirlərə ehtiyac var. Şəhərsalma yalnız müasir binaların tikintisi və iqtisadi inkişaf demək deyil. Bu proses sosial ədalət, bərabərlik və insan ləyaqəti prinsiplərinə əsaslanmalıdır”.
Fotoqraf - İlkin Cavanşirov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [13:51]
İtaliyalı professor: Qadınlar şəhərlərin gələcəyi üçün böyük ümid mənbəyidir
- 19.05.2026 [13:39]