Malayziya Şəhər Şurasının meri: WUF13 dayanıqlı şəhər inkişafı və təcrübə paylaşımını gücləndirir
Bakı, 19 may, AZƏRTAC
WUF13 tədbiri həqiqətən də çox əhəmiyyətlidir. Bu, dünyada gedən sürətli urbanizasiyanın təsirləri barədə, eləcə də müasir şəhərlərin davamlı və dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı müxtəlif müzakirələrin aparılması və təcrübə mübadiləsi baxımından çox faydalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Malayziyanın Subang Jaya Şəhər Şurasının meri Amirul Azizan Abd Rahim deyib.
O bildirib ki, forum çərçivəsində keçirilən panel sessiyalar da müxtəlif ölkələrin davamlı şəhərsalma sahəsində qabaqcıl təcrübələrini öyrənib öz ölkəmizdə tətbiq etmək baxımından çox əhəmiyyətlidir.
Müxbir - Fidan Əlizadə
Videooperator - Mir Rəsul Cəfərov