Ceyhun Bayramov: Azərbaycanın postmünaqişə strategiyası daha firavan gələcəyin qurulmasına xidmət edir
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanın postmünaqişə bərpa səyləri sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu strategiya daha firavan gələcəyin qurulmasına xidmət edir.