Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb
Bakı, 19 may, AZƏRTAC
Misirdə silahlı şəxs yoldan keçənlərə atəş açaraq səkkiz nəfəri qətlə yetirib. Həmin şəxs sonra polis tərəfindən öldürülüb.
AZƏRTAC xəbər verir ki, Misir Daxili İşlər Nazirliyi Qahirədən təxminən 300 kilometr cənubda yerləşən Asyut qubernatorluğunun Abnub şəhərində baş verən atışmada daha beş nəfərin yaralandığını bildirib.
Əldə edilən məlumata görə, silahlı şəxs bazar ertəsi axşamı avtovağzalda yoldan keçənlərə atəş açıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun izinə düşərək əkin sahəsində yaxalayıblar. Ehtimal olunur ki, həmin şəxs orada polislə atışmada öldürülüb.
Nazirliyin məlumatına görə, silahlı şəxs bir müddətdir psixoloji problemlərdən əziyyət çəkirdi və Qahirədəki psixiatriya xəstəxanasında müalicə alırdı. İnsidentlə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [15:04]
Tailand turistlər üçün vizasız rejimin müddətini 30 günə endirdi
- 19.05.2026 [14:53]
Baykal gölündə katerin aşması nəticəsində dörd nəfər ölüb
- 19.05.2026 [14:37]
Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib
- 19.05.2026 [14:36]
Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib
- 19.05.2026 [13:04]
Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir
- 19.05.2026 [12:32]