Anaklaudia Rossbax: 2,8 milyard insanın təhlükəsiz və adekvat mənzilə çıxışı yoxdur
Bakı, 19 may, AZƏRTAC
Avropaya və Asiyanın o tayına uzanan nəqliyyat dəhlizləri dövrümüzün ən əhəmiyyətli infrastruktur investisiyalarındandır. Belə ki, bu inteqrasiya olunmuş investisiyalar Orta Dəhliz boyunca sürətləndikcə Çindən Mərkəzi Asiyaya, oradan isə Azərbaycan üzərindən keçib. Avropa şəhərlərinədək uzanaraq marşrut boyu yerləşən şəhərlər üçün iqtisadiyyatlarını şaxələndirmək, yaşıl sənayeni, qabaqcıl logistika xidmətlərini, aqrar emalı və rəqəmsal müəssisələri cəlb etməklə bağlı real imkanlar yaranır.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda keçirilən xüsusi sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, dəhliz sadəcə keçid və ya tranzit yolu deyil, bütöv bir regionun inkişafını dəstəkləyən əsas nöqtəyə çevrilir.
“2,8 milyard insanın təhlükəsiz və adekvat mənzilə çıxışı yoxdur. Milyonlarla insan münaqişə və ya iqlim səbəbindən köçkün düşüb”, - deyə o əlavə edib.
Operator-Vüsal Taqiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [14:46]
Nazir müavini: Azərbaycan zəngin şəhərsalma və memarlıq ənənələrinə malikdir
- 19.05.2026 [14:43]