MAYYA HİNDİLƏRİNİN NADİR ƏŞYALARI VƏTƏNƏ QAYTARILDI
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, mayya hindilərinin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin binalarından birində saxlanan və 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra sanki möcüzə sayəsində salamat qalmış nadir əşyaları Qvatemalaya qaytarılmışdır.
Bu Mərkəzi Amerika ölkəsindən oğurlanmış və eramızın 250-900-cu illərinə aid edilən arxeoloji əşyalar 6 il əvvəl Mayami hava limanında amerikalı ər-arvaddan müsadirə olunmuş, Dünya Ticarət Mərkəzində yerləşən gömrükxanaya göndərilmişdi. Burada onlar odadavamlı seyfdə saxlanmışdır. Məhz buna görə də həmin əşyalar 11 sentyabr hadisələri zamanı xarab olmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]