MDB hökumət başçılarının görüşü Moskvada keçiriləcək
Moskva, 30 noyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının görüşü dekabrın 18-də Moskvada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə MDB Baş katibi Sergey Lebedev məlumat verib.
O bildirib ki, MDB hökumət başçılarının növbədənkənar görüşü Rusiyanın Baş naziri Mixail Mişustinin təşəbbüsü ilə dekabrın 18-də Moskvada keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl görüşün dekabrın 26-da Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]