MDB ÖLKƏLƏRİ RƏQƏMLİ TELERADİO YAYIMINA KEÇMƏK MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİRLƏR
İyulun 1-də Sankt-Peterburqda MDB ölkələrinin rabitə sahəsində regional birliyi yanında informatika üzrə Əlaqələndirmə Şurasının iclası işinə başlamışdır. İTAR-TASS xəbər verir ki, MDB dövlətlərinin nümayəndələri istehlakçı üçün prinsipcə yeni imkanlar və elektronika sahələri müəssisələri üçün cəlbedici perspektivlər açan rəqəmli teleradio yayımına mərhələ-mərhələ keçilməsi üzrə fəaliyyəti əlaqələndirmək planlarını müzakirə edirlər. Rəqəmli teleradio yayımı sisteminin tətbiqi radiotezlik ehtiyatlarından istifadə imkanlarını qat-qat, azı, dörd dəfə artırmağa və qəbul edilən siqnalların keyfiyyətini xeyli yüksəltməyə imkan verir. Xatırladaq ki, rabitə sahəsində regional birlik 1991-ci il dekabrın 17-də yaradılmış və elektrik, poçt rabitəsi və informatika sahəsində MDB-nin əlaqələndirici orqanıdır. O, MDB məkanında yaradılmış ilk professional birlikdir və tərkibində 19 iştirakçı, o cümlədən 13 tamhüquqlu üzv (Birlik ölkələrinin və Türkiyənin rabitə nazirlikləri) və altı müşahidəçi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]
Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb
- 23.09.2026 [11:20]
AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib
- 23.09.2026 [11:16]