Mədəniyyət Baş İdarənin təşkilatçılığı ilə Ali Hərbi Məktəbdə konsert proqramı təşkil edilib
Bakı, 4 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin təşəbbüsü ilə Ali Hərbi Məktəbdə şəxsi heyətin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə silsilə konsert proqramı çərçivəsində növbəti konsert keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, proqramın aparıcıları Arzu Həmzəyeva və Ayaz Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi şücaətdən danışıblar.
Daha sonra söz nəğməli, musiqili qonaqlara verilib.
Konsertdə populyar müğənnilərin ifasında musiqi nömrələri səsləndirilib, milli rəqslərimiz ifa edilib, Vətənə məhəbbəti tərənnüm edən şeirlər oxunub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin şəxsi heyətinin və kursantlarının asudə vaxtını təşkil etmək məqsədilə tanınmış sənətkarlarımızın iştirakı ilə silsilə konsert proqramları bundan sonra da davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:40]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]