Mədəniyyət və İncəsənət Universitetinin elmi jurnallarının növbəti uğuru
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Elmi əsərlər” və “Mədəniyyət dünyası” jurnalları rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOI (DOI- Digital Object Identifier) “10.52094” saylı qeydiyyat nömrəsi alıb.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, DOI həyata keçirən “Crossref” və “DataCite” elmmetrik tədqiqat şirkətlərinin məqsədi elmi müəssisələrə unikal eyniləşdirmə nömrəsi (OrgID) təyin etməklə onların vahid bazasını yaratmaq, həmçinin həmin təşkilatlarda çalışan və xarici elmi jurnallarda məqalələri dərc olunan müəllifləri iş və tədqiqat sahələri üzrə təsnifləşdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]