Media: HƏMAS razılaşmanın ilk mərhələsində 34 girovu azad etməyə razıdır
Bakı, 6 yanvar, AZƏRTAC
Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunda atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 34 israilli girovu azad etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, Asharq telekanalının məlumatına görə, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahıya qadınlar, uşaqlar və xəstələr daxildir.
2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə Qəzza sektorunda əldə edilən birhəftəlik humanitar atəşkəs rejimi zamanı HƏMAS 110 girovu azad edib. Lakin dekabrın 1-də atəşkəs rejimi pozulub və Qəzzada yenidən döyüşlər başlayıb. 2024-cü ildə Misir, Qətər və ABŞ-ın iştirakı ilə keçirilən atəşkəs üzrə sonrakı danışıqlar heç bir nəticə verməyib.
Yanvarın 2-də İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi HƏMAS-la danışıqları bərpa etmək üçün tezliklə Qətərə nümayəndə heyəti göndəriləcəyini elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]