Media nümayəndələri Azıx mağarasında
Xocavənd, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 17-də media nümayəndələri işğaldan azad edilmiş rayonlarımıza səfər çərçivəsində Xocavənddə dünyanın qədim yaşayış məskənlərindən birində - Azıx mağarasında olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azıx mağarası azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov tərəfindən 1960-cı ildə aşkar edilib. Sonra burada tədqiqatlar aparılıb və mağaranın qədim yaşayış məskənlərindən biri olduğu üzə çıxıb.
Bu mağara Azərbaycanın tarixi-mədəni sərvətidir. Ermənistan burada qanunsuz işlər aparıb, xaricdən alimlər gətizdirərək tarixi saxtalaşdırmağa cəhd göstərib.
Artıq digər tarixi-mədəni abidələrimiz kimi, Azıx mağarası da azad nəfəs alır. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaq, tariximizin yeni-yeni səhifələrini üzə çıxaracaqlar.