ELM VƏ TƏHSİL
“Məktəbdənkənar təhsilin təşkili” - seminar
![](/files/galleryphoto/2024/1/1200x630/17066986361205745328_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066986366328360468_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066986363411154380_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706698636138419042_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706698636487934232_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170669863653828251_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066986369683257_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17066986363394364906_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170669863632545704_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706698636480736908_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə həyata keçirdiyi “Məktəb liderliyi proqramı”nın II çağırışı çərçivəsində proqram iştirakçıları ilə təlimdənkənar fəaliyyət təşkil olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, proqramın “Məktəbdə səmərəli ünsiyyətin və sağlam psixoloji mühitin təşkili və idarə olunması” modulu üzrə “Məktəbdənkənar təhsilin təşkili” mövzusunda seminar keçirilib.
Seminar uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib.
Mərkəzin direktoru Lalə Qəti seminarda məktəbdənkənar təhsilin təşkili, məzmunu və əsas fəaliyyət istiqamətlərindən danışıb. Musiqi, rəsm, mental arifmetika, aktyorluq və rəqslə videoçarxlar nümayiş olunub, mərkəzə müraciət qaydaları izah edilib.
Müzakirələrdən sonra proqram iştirakçıları müasir dövrün tələblərinə cavab verən mərkəzə ekskursiya ediblər.
Seminarın 2-ci hissəsində modul üzrə təlimçi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi Aydan Əzimzadə təhsilalanların psixoloji sağlamlığının dəstəklənməsində sosial fəaliyyətin rolu, məktəbdənkənar təhsilin şagirdlərin öyrənmə motivasiyasına təsiri haqqında danışıb.
Seminar iştirakçıların mövzuya dair yürütdüyü fikirlər və qarşılıqlı diskussiya ilə başa çatıb.