CƏMİYYƏT
Məlahət Atasever: Oğlum Azərbaycanın da ilk kosmonavtıdır
![Məlahət Atasever: Oğlum Azərbaycanın da ilk kosmonavtıdır](/files/2024/2/1200x630/17179726081380560044_1200x630.jpg)
Ankara, 10 iyun, AZƏRTAC
“Əminəm ki, Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq tezliklə kosmik sektora da genişlənəcək. Oğlum həm də Azərbaycanın ilk kosmonavtıdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə tarixində ikinci kosmonavt olan Tuvanın anası Məlahət Atasever jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Tuva Cihangirin uçuşu təkcə Türkiyədə deyil, Azərbaycanda da yaxından izlənilib.
“Azərbaycandan çoxlu sayda reaksiyalar aldım. Hisslərimi oğlumun sözləri daha yaxşı ifadə edir. “Türkiyə və Azərbaycanın bayraqları yerdə yan-yana dalğalandığı kimi, səmada da yan-yana olacaqlar”, - deyə astronavtın anası bildirib.
Məlahət Atasever oğlunun uçuşunun gənclər üçün nümunə olacağına, türk kosmonavtlarının sayının artacağına ümid etdiyini deyib.
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara