MENECERLƏRİN HAZIRLIĞI PROQRAMININ NÖVBƏTİ MƏRHƏLƏSİ BAŞLAMIŞDIR
Konfederasiyanın prezidenti Ələkbər Məmmədov proqramın əhəmiyyətini qeyd etmiş, bu layihənin Azərbaycanda fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. O, proqramın MDB ölkələri iqtisadiyyatının inkişafına kömək göstərmək məqsədi ilə Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, habelə Monqolustandan olan menecer və mütəxəssislər üçün nəzərdə tutulduğunu bildirmişdir. Ə.Məmmədov, ümumilikdə, indiyədək Azərbaycanda 71 menecerin proqram çərçivəsində Avropada təhsil aldığını diqqətə çatdırmış və demişdir ki, iştirakçılar arasında əlaqələri möhkəmləndirmək məqsədi ilə “MHP iştirakçıları klubu” yaradılmış, Avropa İttifaqı ölkələrində menecerləri qəbul edəcək şirkətlərin axtarılmasına, təcrübə keçmək üçün namizədlərin seçilməsinə və digər problemlərin həllinə kömək göstərilmişdir.
Yığıncaqda proqramda iştirak qaydaları yerli şirkətlərin diqqətinə çatdırılmış, layihənin Azərbaycan menecerləri üçün əhəmiyyəti, bu layihə çərçivəsində əldə ediləcək biliklərin onların çalışdıqları şirkətlərdə tətbiqi imkanları və digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]