“MƏNİM QAYINANAM” KOMEDİYASININ MƏŞQLƏRİNƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “İlham” Miniatür Teatrında Georgi Xuqayevin“Mənim qayınanam” əsəri əsasında xalq artisti İlham Namiq Kamalın quruluşunda eyniadlı tamaşanın məşqlərinə başlanmışdır.
Şöhrətpərəstliyin və pulgirliyin ifşa olunduğu tamaşada əsas rollarda Sona Əliyeva, Gülnarə Əzizova, Ruhiyyə Məmmədəliyeva, Ağaxan Şərifov, Vüqar Məmmədəliyev və başqaları məşq edirlər.
Təqdimatı ilin axırınadək nəzərdə tutulan yeni səhnə əsərinin rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı əməkdar incəsənət xadimi Eldar Mansurovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]