“Mercedes” Bakı-Tümen sərnişin qatarı ilə toqquşmuşdur
Bakı, 17 may (AZƏRTAC). Mayın 17-də saat 08.10-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sitalçay stansiyasının girişindəki qorunmayan keçiddə nəqliyyat qəzası baş vermişdir.
QSC-in mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, 373 nömrəli Bakı-Tümen sərnişin qatarı stansiyanın girişinə yaxınlaşarkən “Mercedes” markalı avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələbləri pozulmuş və nəticədə qəza baş vermişdir. İlkin məlumata görə, 2 nəfər hadisə yerində dünyasını dəyişmişdir.
Sərnişin qatarı saat 09.30-da təyinatı üzrə yola salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]