Mərkəzi Elmi Kitabxana beynəlxalq əməkdaşlığı genişləndirir
Bakı, 17 noyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxana (MEK) ilə Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” təsərrüfat idarəetmə hüququ üzrə Respublika dövlət müəssisəsinin Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, müqaviləni MEK-in baş direktoru professor Məmməd Əliyev və təşkilatın baş direktoru Leyla Abubakirova imzalayıblar.
Müqavilə kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasını nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]