Məşhur italiyalı bəstəkarın 30 milyon avroluq skripkası analiz edilib
Bakı, 12 mart, AZƏRTAC
Məşhur italiyalı bəstəkar Nikolo Paqanininin (1782-1840) skripkası Rentgen müayinəsindən keçirilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, müayinə Fransanın Qrenobl şəhərindəki xüsusi laboratoriyada aparılıb.
Yoxlamanın məqsədi nadir musiqi alətinin real vəziyyətini müəyyən etmək, həmçinin onun hazırlandığı materialın tərkibini öyrənmək olub. Bu analiz skripkanın hazırlanmasında istifadə olunmuş ağacın hüceyrə strukturunu müəyyən etməyə imkan verib.
Skanerləmə zamanı musiqi alətinin çox mükəmməl şəkildə hazırlandığı, materialların yüksək keyfiyyətli olduğu üzə çıxıb. Analizin nəticələri yaxın aylarda rəsmi şəkildə elan ediləcək.
Skripka 30 milyon avro məbləğində sığorta olunub. Hazırda skripka dahi bəstəkarın anadan olduğu Genuya şəhərində xüsusi şüşə qabda temperatur və rütubət rejiminə əməl edilməklə saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]