MEYMUN SİQARETİ TƏRGİTMƏK NÜMUNƏSİ GÖSTƏRDİ
Ay-Ay adı verilmiş 27 yaşlı primatın səhhətinin pisləşməsindən narahat olan zoopark əməkdaşları onun başını oyunlarla və dadlı yeməklərlə qatırdılar. Onlar şimpanzenin siqaretdən diqqətini səhər yeməyindən sonra gəzintinin, nahardan sonra isə musiqi və gimnastikanın köməyi ilə yayındırırdılar. Ay-Ay banan və süddən əlavə yemək də alır, qulaqlıq vasitəsilə musiqi dinləyirdi.
Zooparkın işçisi deyir: “İlk günlər Ay-Ay arabir siqaret istəyirdi. Lakin həyatı daha rəngarəng olduqdan sonra siqareti yavaş-yavaş unutdu və tərgitdi”.
Ay-Ay 1989-cu ildən, dostunun ölümündən sonra siqaret çəkməyə başlamışdı. Lakin 1997-ci ildə ikinci dostu da öldükdən və qızı başqa zooparka aparıldıqdan sonra qatı siqaretçəkən olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]